Ticarət rejimi daha da sadələşdirilir

  • 18.06.2020
  • 0

İran-Azərbaycan preferensial sazişi barədə müzakirələrə başlanacaq Yaxın gələcəkdə İranla Azərbaycan arasında preferensial ticarət sazişi barədə texniki müzakirələrə başlanacaq. İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib ki, saziş imzalanarsa iki ölkənin ticarət dövriyyəsində artım müşahidə olunacaq. Diplomatın sözlərinə görə, son illər dövriyyə 5 dəfə artıb və göstəricinin ildə 5 milyard dollara çatdırılması nəzərdə tutulur. İran tərəfinin rəsmi hesabatına əsasən, ötən ilin martından bu ilin eyni ayına qədər olan dövrdə bu ölkədən Azərbaycana 430 milyon dollar dəyərində 900 min ton məhsul ixrac edilib. Qeyd edək ki, İranın Birinci vitse-prezidenti İshaq Cahangiri ötən ay Sənaye, Mədən və Ticarət Nazirliyi və Xarici İşlər Nazirliyinə iki ölkə arasında preferensial ticarət sazişi ilə əlaqədar göstəriş verib.

Nə düşünürsən?