Neftin qiymətində dəyişiklik

  • 16.06.2020
  • 0

Qiymətlərdə qeyri-stabillik hasilatın artma ehtimalı ilə bağlıdır Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Brent markalı neftin qiymətində cüzi artım, Light markalı neftdə isə ucuzlaşma müşahidə olunub. Ekspertlər bazarda qeyri-stabilliyi bir tərəfdən hasilatın müəyyən qədər arta bilmə ehtimalı, digər tərəfdən isə COVID-19 infeksiyası çəçivəsində ikinci dalğanın gəlmə ehtimalının yaratdığı narahatlıqla izah edirlər. Bazarda neftin qiymətinin ucuzlaşmasına təsir edən digər faktor isə Liviya Milli Neft Korporasiyasının, ölkənin ən böyük Əl-Şarara neft yatağında hasilatı bərpa etmək istəməsidir. Əgər burada hasilat bərpa edilərsə, gündə 300 min barel neftin bazara çıxarılma ehtimalı mövcuddur. Mütəxəssislərin fikrincə, bazarda mənfi dinamika ilə yanaşı, müsbət tendensiyalar da müşahidə olunur. Məsələn, Dünyanın ən böyük neft hasilatçısı olan ABŞ son 13 həftədir qazma qurğularının sayını azaldır və ötən həftə bu say artıq 683-dən 199-a düşüb. Bu da neft hasilatının azalması ilə nəticələnib. Belə ki, Birləşmiş Ştatlar mart ayı ilə müqayisədə iyun ayının əvvəlində gündəlik neft hasilatını 2,1 milyon barel həcmində azaldıb. Dünyanın ən böyük 4-cü neft hasilatçısı Kanada da qazma qurğularının sayını son 20 ilin ən aşağı səviyyəsinə salıb. Emin Axundzadə mövcud şərtlər altında neftin hazırki qiymətini qənaətbəxş hesab edir. Dünya bazarında neftin qiymətinə gəlincə, Londonun ICE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,05 dollar artaraq 39,77 dollar, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,03 dollar ucuzlaşaraq 37,11 dollar təşkil edib. Azərbaycan neftinin qiyməti bahalaşır. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,01 dollar artaraq 40,38 dollar təşkil edib.

Nə düşünürsən?