Altı yüz min şəxsə birdəfəlik ödəmə yekunlaşdı

  • 06.05.2020
  • 0

Aprel ayı üçün 600 min şəxsə birdəfəlik ödəmə yekunlaşıb. Xezerxeber.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. Onun sözlərinə görə, bütün proses elektron qaydada keçirilib. Şəffaflığın təmin edilməsi üçün birdəfəlik ödəmə alan şəxslərin siyahısı nazirliyin saytında dərc olunub. Nazir müavini bildirib ki, aprel ayının ödənişləri "Azərpoçt"un və "Kapital Bank"ın filialları vasitəsi ilə verilib. May ayının ödənişi prosesinə isə bütün banklar cəlb olinib. Odur ki, vətəndaşlar birdəfəlik ödəməni təyin edilən bankların istənilən filiallarından ala bilər. Qeyd edək ki, birdəfəlik ödəmələr aprel və may ayı üçün nəzərdə tutulub. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: