5G COVID-19 korona virusunu yayırmı? RƏSMİ MƏLUMAT Hazırda davam edən COVID-19 pandemiyası dövründə dünyada, o cümlədən Azərbaycanda da 5G texnologiyasının bu xəstəliyin daha çox yayılmasına səbəb olduğu barədə fikirlər səsləndirilir. Hətta bir sıra iddialarda bu xəstəliyin bilavasitə 5G ilə yarandığı və yayıldığı bildirilir. Bəs bu barədə rəsmi məlumatlar necədir? Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına görə, 5G yeni 5-ci nəsil internet texnologiyasıdır. Bu texnologiya bizi super sürətli və kəsintisiz internetlə təmin edir. Belə ki, 5G texnologiyasında tətbiq edilən radiotezliklər ionlaşdırmayan radiospektr diapazonunda yerləşir. İonlaşdırmayan radiotezliklərin insan sağlamlığına təsirləri mütəmadi olaraq beynəlxalq institutlar tərəfindən tədqiq edilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin məlumatına görə isə viruslar radiodalğalar, mobil şəbəkələr vasitəsilə yayılmır. COVID-19 5G mobil şəbəkələrinə malik olmayan ölkələrdə də var. COVID-19 virusu infeksiyaya yoluxmuş insanın öskürməsi, asqırması və ya danışması nəticəsində xaric olunan tənəffüs damcıları vasitəsilə yayılır. Həmçinin virusla çirklənmiş səthlərə, sonra isə gözlərinizə, ağzınıza və ya burnunuza toxunduqda da bu virusa yoluxa bilərsiniz. Sun Awakening NEW 1:57 Futuremono Embient | Romantik Mission to Mars 3:00 Audio Hertz Hip Hop & Rep | Dramatik