"Xaçmazın Turist qəsəbəsində işıqlar sönüb, donuram..."

  • 11.11.2023
  • 0

“Xaçmaz rayonunun Turist qəsəbəsində (keçmiş adı Yalama-2 olub - red) kəndində vəziyyət həddindən artıq pisdir. Həmin ərazidə kiçik torpaq sahəsi almışdım. Özüm üçün ev tikmişəm ki, yaydan-yaya gəlib dincəlim, əsəblərim sakitləşsin. İnanın, torpaq almağıma peşman olmuşam. İşıq dirəkləri sovet dövüründən qalıb, həyətlərin içindən keçir, bir az yel əsən kimi işıqlar sönür. Ötən gün gəlmişəm, işıq yenə sönüb. Səhərə qədər donmuşam. “Azərişıq” ASC-nin Xaçmaz şöbəsinə zəng etmişəm. Gələn olmayıb. "Qaynar xətt"ə də demişəm. Heç bir nəticə yoxdur. Heç kimdən çəkinmirlər, camaat dəfələrlə şikayət edib. Şikayətlərə baxan yoxdur. Hazırda donuram”.