İşğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınaraq sahibkarlıq fəaliyyətini həyata keçirən bütün real sektor subyektləri vergi güzəştlərindən faydalana biləcəklər.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva bildirdi.
Dövlət Vergi Xidməti rəisinin müavini çıxışında bildirdi ki, dəyişikliklərin böyük hissəsi sosial xarakterli güzəştlərdir. Burada şəhid ailələrinə verilən təşviqlərin artırılması da nəzərdə tutulur.
Samirə Mustafayeva vurğuladı ki, “Vergi Məcəlləsinə dəyişikliklər ilə dövlət büdcəsinə 42,5 mln manat daxilolma nəzərdə tutulur. Təşviqlərin tam yerinə yetiriləcəyi təqdirdə isə 89 mln. manat vergi itkisi proqnozlaşdırılır.
REAL