AZ
Video yüklə

Vergi məcəlləsinə dəyişiklik edildi

12 baxış Son xəbərlər
Prezident İlham Əliyevin imzaladığı Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanuna əsasən Vətən müharibəsi qəhrəmanlarına gəlir vergisi üzrə əlavə güzəştlər edilib. Dəyişikliyə əsasən Vətən Müharibəsi Qəhrəmanlarının 400 manata qədərki əmək haqları gəlir vergisindən azad edilib.

Qanunvericilikdə təsbit edilmiş və Vətən müharibəsi qəhrəmanlarına müddətsiz olaraq verilən bu güzəşt Vergi Məcəlləsində muzdlu fəaliyyətdən əldə edilən gəlirlərə münasibətdə tətbiq olunan ən böyük vergi güzəştlərindən biridir.

Hazırda Vətən müharibəsi qəhrəmanlarının bir qismi əmək fəaliyyətlərini davam etdirirlər. Bu baxımdan, son dəyişiklik dövlət və neft sektorunda çalışan belə şəxslərin muzdlu işdən gəlirləri üzrə vergi yükünün azalmasına gətirib çıxaracaq.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.