Heyvan kəsimi məntəqələrində reyd keçirildi
6 baxış
Son xəbərlər
Azərbaycanda iyul ayının 20-21-i Qurban Bayramıdır. Bayram günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 88 ünvanda məntəqələr təşkil olunacaq. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaqdır. Bununla yanaşı, regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları da quraşdırılaraq.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Qurban bayramı günlərində vətəndaşların seçim imkanlarını artırmaq və sıx toplaşmasının qarşısını almaq məqsədilə qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaqdır.
Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara Qurban bayramından bir neçə gün əvvəl qurbanlıq heyvanları onlayn şəkildə sifariş etməyi, həmçinin ticarət şəbəkələrinə əvvəlcədən müraciət edərək, baytarlıq nəzarətindən keçmiş və bayram günlərində kəsilmiş sağlam qurbanlıq heyvan cəmdəklərini əldə etməyi tövsiyə edir.
Bakıda 1 stasionar laboratoriya,regionlarda isə sınaq laboratoriyaları tam hazır vəziyyətə gətirilib. Həmin laboratoriyalar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər. Bununla yanaşı səyyar laboratoriyalar satış məntəqələrinin ətrafında təşkil ediləcək.
Qeyd edək ki, Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün satış məntəqələrinə yaxınlaşa bilərlər.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.