AZ
Video yüklə

Ölkəmizdə post-pandemiya dövründə iqtisadi artım

14 baxış Son xəbərlər
"Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial mövcuddur. Elə bu səbəbdəndir ki, 2020-ci ildə Azərbaycan TDƏŞ ölkələri ilə 4,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb".

Bu fikirləri İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov “Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda keçirilən konfransda deyib.

TURKPA-nın Baş katibinin müavini, Qazaxıstan Respublikası Parlamentinin nümayəndəsi Talğat Aduov türkdilli ölkələrin TURKPA və digər platformalar çərçivəsində sıx əməkdaşlıq etdiklərini, iqtisadiyyatın aparıcı qüvvəsi olan KOB-ların pandemiyadan sonrakı dövrdə də iqtisadiyyatın bərpasına öz töhfəsini verəcəyini vurğulayıb.

Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, pandemiyanın təsirlərini azaltmaqda dövlət-özəl sektor dialoqu effektiv oldu.

Qeyd edək ki, konfransda 2030-cu il üzrə Milli Prioritetlər çərçivəsində ortamüddətli sosial-iqtisadi inkişaf strategiyasının tamamlanma işlərinin getdiyi vurğulanıb. Sözügedən strategiya post-pandemiya və post-münaqişə dövründə ölkə iqtisadiyyatının, o cümlədən KOB sektorunun inkişaf istiqamətlərinin əsas konturlarını müəyyən edəcək.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.