Xarici səyyahlar Qarabağa səfər etdilər
24 baxış
Son xəbərlər
Xocalı soyqırımının 30 illiyi ərəfəsində Qarabağa və Şərqi Zəngəzura səfər edən xarici səyyahlar 2 gün ərzində Şuşa və Ağdam şəhəri, Kəlbəcər, Laçın və Zəngilan rayonlarlnda oldular. 20 ölkədən gələn beynəlxalq səyahətçilər dünyanın müxtəlif ölkələrini təmsil edirdilər.
Səyyahların səfəri Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan başladı. Qonaqlar əvvəlcə Şuşa qala divarları ilə tanış oldular. Səyyahlar Şuşa şəhər mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət etdilər. Dünyaşöhrətli fotoqraf Reza Deqati Birinci Qarabağ müharibəsi zamanı şahidi olduğu hadisələri qonaqlara danışaraq, Şuşa şəhərinin erməni işğalından əvvəlki və sonrakı vəziyyəti haqqında səyyahlara məlumat verdi.
Daha sonra isə tur iştirakçıları Ağdama getdi. Reza Deqati burada da Ağdamın dünəni və bu günü ilə bağlı səyyahlar qarşısında sərgi ilə çıxış etdi.
Növbəti gün səyyahlar Kəlbəcər və Laçın rayonlarında oldular. Qonaqlar Laçın dəhlizindən keçərək, yolboyu ətrafda ermənilər tərəfindən dağıdılmış binalara və tikililərə baxdılar. Onlara məlumat verildi ki, ermənilər tərəfindən 30 ildən artıq işğal altında saxlanılan digər ərazilərimizdə olduğu kimi, Laçın və Kəlbəcər rayonlarında da heç bir iş görülməyib. Ermənilər bu torpaqlarda yalnız dağıdıcı və talançı fəaliyyətlə məşğul olublar. Xarici ölkələrdən olan səyyahlar bütün bunları öz gözləri ilə görüblər.
Son olaraq səyyahlar Zəngilan şəhərinə səfər etdilər. Burada “Ağıllı kənd” konsepsiyası ilə tanış oldular. Daha sonra qonaqlar Şükürbəyli kəndinə gələrək Zəngəzur dəhlizinin bu ərazidən keçən hissəsində oldular. Səyyahlara dəhliz haqqında məlumat verildi.
Qeyd edək ki, səfər iştirakçıları Zəngəzur dəhlizinin kifayət qədər böyük iqtisadi potensiala və təbii ehtiyatlara malik olması, regionlararası iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaratması haqqında məlumatlar əldə etdilər və qonaqlara bütün Azərbaycan həqiqətləri çatdırıldı.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.