Neftin qiyməti bahalaşdı

  • 26.03.2022
  • 0

Dünya birjalarında neft qiyməti yenidən bahalaşıb. Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1 dollar 62 sent artaraq 120 dollar 65 sent, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1 dollar 56 sent bahalaşaraq 113 dollar 90 sent olub.

Azərbaycan neftinin qiyməti də bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 58 sent artaraq 123 dollar 87 sent olub.

Energetika üzrə ekspert bundan sonrakı vəziyyəti də proqnozlaşdırır. O, neftin qiymətinin artıq bazardakı tələb-təklifdən daha çox, siyasi vəziyyətdən asılı olacağını deyir.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da qeydə alınıb. Bu, 135 dollar 99 sent olub.