Enerji təhlükəsizliyi məsələsi əsas faktordur

  • 04.11.2021
  • 0

Cənub Qaz Dəhlizi layihəsinin başa çatdırılması Azərbaycan üçün, qonşularımız üçün, Avropa üçün tarixi nailiyyət oldu. Çünki bu, Avropa enerji təhlükəsizliyinin mühüm faktorudur, şaxələndirmə alətidir.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı bildirib.

Ekspertlər hesab edirlər ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi - Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirmək, həmçinin Türkiyədə TANAP qaz kəmərinin tikintisini və Avropada TAP qaz kəmərini genişləndirilməsi üzrə layihədir.

REAL