Dolların "istiliyi" düşmür-Lirə sürətlə ucuzlaşır

  • 27.10.2017
  • 0

Türkiyədə lirə dollar və avroya nisbətdə ucuzlaşmaqdadır. Oxu.Az xəbər verir ki, dünən 3.76-3.78 lirə ətrafında dalğalanan dollar Türkiyə Mərkəzi Bankının faiz qərarından əvvəlcə elə də təsirlənməsə də axşama doğru dəyər qazanmağa başlayıb. ABŞ valyutası ilk əvvəl 3.80 lirəyə, daha sonra isə 3.83 lirəyə qədər yüksəlib. Hazırda Türkiyədə 1 dollar 3.8208 lirə, 1 avro isə 4.4485 lirə təşkil edir. Dollar qlobal birjalarda da dəyər qazanıb. Bunun əsas səbəblərindən biri FES rəhbərliyinə seçkilərdir.