Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiyməti bahalaşaraq, noyabrın maksimumuna çatdıqdan sonra ticarət aktivliyi azalıb.
Belə ki, dolların qiymətlərində aktivliyin azalması, investorların ehtiyatlı mövqeləri ilə əlaqədardır. Lakin bu məsələ aradan qalxarsa, dollarda bahalaşma son iki ilin maksimumuna kimi sürətlənə bilər.
İqtisadçı Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanda “üzən məzənnə” rejiminə keçidin elan olunmasına baxmayaraq, manatın məzənnəsi inzibati metodlarla tənzimlənir:
“Hazırda dünya bazarında dolların mövqeyi digər valyutalara qarşı möhkəmlənməsinə baxmayaraq, Azərbaycan manatı stabil olaraq qalacaq. İnzibati idarəetmə üsulunda hər hansı çətinliyimiz yoxdur. Yəni makroiqtisadi tarazlığımız mövcuddur, idxal-ixrac əməliyyatlarında balans sabitdir”.