Tranzit imkanları genişlənir Çinlə Azərbaycan arasında daha bir dəmiryol marşrutu açılıb. Çinin şərqindəki Tszinhua şəhərindən ixrac məhsulları daşıyan 100 konteynerdən ibarət yük qatarı Bakıya yola düşüb. Bu, Çin-Avropa dəmiryol yükdaşımaları çərçivəsində sayca 12-ci marşrutun açılması deməkdir. Əsasən elektrik alətləri, aparat və gündəlik məişət məhsulları ilə yüklənmiş qatar yeni marşrutla Qazaxıstanın Aktau limanına, buradan bərə ilə Bakının Ələt limanına çatacaq. Çinin Tzinxua şəhərini Bakı ilə birləşdirəcək yeni marşrutla daşıma müddətinin 15-18 gün çəkəcəyi gözlənilir ki, bu da əvvəlki marşrutlardan təxminən 30 faiz daha sürətlidir. ÇİN -Avropa yükünün Azərbaycan ərazisindən daşınması ölkəmizin uzun illər ərzində həyata keçirdiyi nəqliyyat startegiyasının nailiyyətidir. İqtisadçı alim hesab edir ki, bu gün həm region həm də bütövlükdə dünyada nəqliyyat-tarnzit sahəsində güclü rəqabət mövcuddur. Azərbaycanın da bu sahədə böyük potensialı var və rəqabət üstünlüyünü saxlamaq üçün mütəmadi təkmilləşmə aparılmalıdır.