Neftin bir barelinin qiyməti 35$-dan götürüləcək 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilir. Bununla bağlı qanun layihəsi Mili Məclisə daxil olub. Layihəyə əsasən büdcədə neftin bir barelinin qiyməti 35 dollara bərabər götürüləcək. hazırda büdcədə neftin qiyməti 55 dollardır. Millət vəkili, iqtisadçı Vüqar Bayramov hesab edir ki, qiymətin salınması gözlənilən idi. Digər bir dəyişiklik isə xərclərlə bağlıdır. 2020-ci il dövlət büdcəsinin xərcləri 597 milyon manat artırılaraq 27 milyard 492 milyon 200 min manat həcmində proqnozlaşdırılır. gəlir 24 milyard 124 milyon manat olacaq. pandemiyaya görə sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün əlavə 238 milyon, sahibkarlara dövlət dəstəyinin davam etdirilməsi üçün isə 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.