Əskişəhərdə oynadığı döyüş oyunlarının təsiri altında olan 18 yaşlı AK adlı gənc Tepebaşıdakı məscidin bağçasındakı çay evində əyləşən vətəndaşlara hücum edib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, başında dəbilqə və güllə keçirməz jilet olan, üzünü maska ilə gizlədən və nasist işarələri olan köynək geyinən şübhəli çay evində oturan 5 nəfəri bıçaqla yaralayıb.
Hücum nəticəsində 5 nəfər yaralanıb, onlardan birini xilas etmək mümkün olmayıb.
Hadisə yerinə yaxınlaşan polis patrulu hücumçunu saxlayıb. Hücum edən şəxs sosial şəbəkələrdə “türk Breyvik” ləqəbi alıb.
Nilay