2018-ci ildə dünya iqtisadiyyatı ilə bağlı proqnoz açıqlandı

  • 15.11.2017
  • 0

ABŞ-ın The Conference board" analitik şirkəti 2018-ci il üzrə dünya iqtisadiyyatı ilə bağlı proqnozunu müsbətə doğru dəyişib. Oxu.Az xəbər verir ki, analitiklər 2017-ci ildə dünya iqtisadiyyatında 2,8 faiz artm proqnozlaşdırsalar da bu rəqəm 3 faiz olub: “Bundan çıxış edərək 2018-ci ilin birinci yarısında iqtisadi artımın davam edəcəyini gözləyirik. Heç bir resessiya əlaməti görmürük. İqtisadi göstəricilər artıma doğrudur”. Onu da qeyd edək ki, analitiklər 2018-ci ildə dünya iqtisadiyyatında 2,9-3 faiz artım gözləyirlər. ABŞ iqtisadiyyatında artım proqnozlaşdıran analitiklər əvəzində Çin iqtisadiyyatında artımın zəifləyəcəyini irəli sürürlər.