Həbib bu hərəkəti diqqət çəkib - Əlini sıxmayıb

  • 30.11.2018
  • 0

Rusiyalı idmançı, UFC çempionu Həbib Nurməhəmmədov "Synergy Global Forum"da müsahibədən əvvəl "Matç TV" telekanalının baş direktoru Tina Kandelakinin əlini sıxmayıb.

Sfera.az oxu.az-a istinadən bildirir ki, idmançı Kandelakinin Instagram hesabındakı paylaşımın altında şərh yazıb.

"Əlimi sıxmaqdan imtina hörmətsizlik kimi qəbul edilə bilməz. Cəmiyyət içində dini lider olmayan şəxs əl sıxa bilər, burada heç bir günah yoxdur", - Kandelaki yazıb.

Misal kimi, Kandelaki Ramzan Kadırovu gətirib və bildirib ki, Çeçenistan rəhbəri onunla görüşü zamanı əlini sıxıb.

Nurməhəmmədov Kandelakinin paylaşımına reaksiya verib:

"Tina, mənim sizin əlinizi sıxmamağım, elə sizə olan böyük hörmətimi göstərirdi. Əgər nə isə düz anlaşılmayıbsa, üzürlü sayın", - o qeyd edib.

Nə düşünürsən?