375 pornoya çəkilən qadın imana gəldi, haqq yoluna döndü

  • 31.08.2018
  • 0

Milli.Az nypost-a istinadla xəbər verir ki, bu sözləri tanınmış pornostar Brittni De La Moraəxlaqsızlıq karyerasını başa vurub, dinə qayıtması ilə bağlı danışarkən söyləyib.

Kanallardan birinə müsahibə verən Britni indiyə qədər 375 pornofilmə çəkildiyini söyləyib. 31 yaşlı Britni hazırda San-Dieqodakı kilsədə vaizlik edir. O, keçmişinə görə peşmandır.

"Məni dünyanın ən ehtiraslı porno ulduzlarından biri hesab edirdilər. 400-ə yaxın porno filmə çəkilmişəm. Aylıq 30 min dollardan çox gəlirim olurdu. Amma mən xoşbəxt deyildim. Çünki pullarımın hamısını narkotik vasitələrə xərcləyirdim. Hətta ev pulumu belə ödəyə bilmirdim.

Sonradan mən əmlakçı işlədim və porno sahəsində qazandığımdan da çox gəlir əldə etdim. Həm də soyunmadan... Düşünürəm ki, indi daha xoşbəxtəm.

Porno ulduzlara şeytan kimi baxılmasına nifrət edirdim. Bu düzgün deyil. İnsanları, sadəcə, Allah mühakimə edir. Mən özüm bu sahədən dəfələrlə çıxmağa çalışsam da, bunu bacarmırdım. Çünki həm dinə qurşanmaq, həm də pornolara çəkilmək alınmırdı".

Nə düşünürsən?