Bu gün müğənni Zamiq Hüseynovun ad günüdür.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi 35 yaşını qeyd edir.
Heç vaxt böyük və dəbdəbəli ad günü keçirməyən Zamiqə dostları sürpriz hazırlayıb.
Onlar sənətçinin ad gününü maraqlı bir şəkildə təbrik ediblər, videosunu çəkərək sosial şəbəkədə yayımlayıblar.

































