Mənim oğlumdan danışmağıma dəyər, bəs o, kimdən danışacaq?" - Rəmişə sərt sözlər

  • 27.11.2018
  • 0

“Verilişdə mən haqda sual veriləndə, qayıdılıb kişidən danış deyilsə, kimə xoş gələr? Bütün gitara çalanlardan söhbət gedir. Mənim adım gələndə deyir ki, mənə kişidən danış. Elin, xalqın gözü bilir ki, kim necə kişidir. Mənim bu boyda oğul yetişdirməyim kişiliyimin baris sübutudur. Sən məni nə yerinə sayırsansa, mən də səni o yerə sayıram. Mənim oğlumdan danışmağıma dəyər, bəs Rəmiş kimdən danışacaq?".

"Ölkə.Az"ın məlumatına görə, bu sözləri gitara ifaçısı Rəhman Məmmədli ARB TV-nin “Səhər-səhər” verilişində deyib. Oğlu Tural Məmmədli ilə proqrama qatılan musiqiçi qalmaqal yaşadığı xalq artisti Rafiq Hüseynovdan (Rəmiş) danışıb:


"İstəyirəm bəyan edəm ki, gəl bununla soyuq müharibəmizə son qoyaq. Atmacalarına mən də cavab verəcəm. Bir-birimizə atmacalar atmayaq. Mən səndən ötrü 9 milyonun biri deyiləm. Mən bu məmləkətin 2-3 nəfərindən biriyəm. Sənin böyüklüyünü məndən çox səsləndirən yoxdur. Heç nə, demişəm ki, bu sənət mənə Allah vergisidir. Məktəbim, müəllimim olmayıb. İbtidai məktəbə də getməmişəm. Qonşudan taxta gitara tapmışam, onunla gitara çalan olmuşam.

Rəmiş, sən böyük bir fenomenlik yaratmısan, amma onu qoruya bilmirsən”.

Nə düşünürsən?