AZ
Video yüklə

Messi: "Ronaldonun getməsinə..."

17 baxış İdman xəbərləri
“Barselona”nın futbolçusu Lionel Messi Kriştianu Ronaldonun Madrid “Real”ından ayrılıb İtaliyanın “Yuventus” klubuna keçməsinə münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, superulduz portuqaliyalının bu addımına təəccübləndiyini gizlətməyib:
“Ronaldonun “Real”dan gedəcəyini gözləmirdim. Bu bir az sürpriz oldu. Madrid klubu onun gedişi ilə çox şey itirdi. Mən bilirdim ki, bir çox klublar Kriştianunu heyətinə qatmaq istəyir. Amma “Yuventus”a keçmək ehtimalı ən az idi. Lakin Ronaldo Turin klubunu seçdi. Düzü, buna təəccübləndim. “Yuventus” Çempionlar Liqasında əsas favoritlərdən olacaq”.

Messi “Real”ın yenidən kuboklar üçün mübarizə aparacağına inandığını da sözlərinə əlavə edib: “Madrid təmsilçisi böyük klubdur və daim titullar üçün mübarizə aparıb. Yenə də elə olacaq”.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.