AZ
Video yüklə

Messi: “Klubun şərəfi naminə yox, pul həvəsinə oynayırlar”

12 baxış İdman xəbərləri
"Barselona” futbol klubunun argentinalı hücumçusu Lionel Messi hesab edir ki, müasir futbolda futbolçuları pul idarə edir.



Sfera.az xəbər verir ki, o, oynadığı klubun Çempionlar Liqasında qalib olmamasının səbəbini futbolçuların komandanın şərəfi naminə deyil, məhz pul həvəsinə oynamaq istəyinə bağlayıb.



"Düşünürəm ki, Çempionlar Liqasını yenidən udmağın vaxtı gəlib. Son üç ildə biz uğursuz çıxış edirik, axırıncı turnir hamısından pis idi. Çempionlar Liqasını udmaq bizim gücümüzə görədir.



Pula "stavka” edən klublar da var. Bu çox zaman müasir futbolçuların düşünmə tərzinə təsir göstərir. Bu gün futbolçuları pul idarə edir, oynadığı klubun şərəfini qorumaq arzusu yox. 13 yaşdan bəri yaşadığım Barselonada hər şeyim var. Uşaqlarım Kataloniyada doğulub. Düşünmürəm ki, mənə nə isə yeni bir şey lazımdır” – Messi belə deyib.



Xatırladaq ki, Messi yeni başlayan İspaniya çempionatında 3 oyun keçirib, 4 qol, 2 məhsuldar ötürməyə imza atıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.