AZ
Video yüklə

“Formula-1”in pilotu Azərbaycan milli rəqsini oynadı

1 756 baxış İdman xəbərləri
Noyabrın 29-da Bakıya gələn Azərbaycan Qran-Prisinin qalibi, “Formula-1”in pilotu Daniel Rikkardo ölkəmizin mədəniyyəti ilə tanış olmaqda davam edir.

Oxu.Az-ın xəbərinə görə, şəhər restoranlarının birində şam yeməyi zamanı avstraliyalı qonaq Azərbaycan milli geyimində rəqs edib.

Qeyd edək ki, “Red Bull” komandasının pilotu paytaxtımıza “Baku City Circuit”un dəvəti ilə gəlib. Pilot İçərişəhərdə gəzib və “Qarabağ” klubunun bazasında olub. Komanda ilə kiçik tanışlıqdan sonra avstraliyalı pilota baş məşqçi Qurban Qurbanov tərəfindən adı yazılan forma hədiyyə olunub. D.Rikkardo isə özünə məxsus ayaqqabıları imzalayaraq baş məşqçiyə təqdim edib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.