Bakının Yasamal rayonunda yol nəqliyyat hadisəsi baş verib. APA TV xəbər verir ki, yüksək sürətlə hərəkət etdiyi bildirilən "KİA" markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Məlumata görə, sürücü həmin vaxt dönmə əməliyyatı etmək istəyib. Nəticədə zərbədən işıq dirəyini aşıran avtomobil özü də torpaq sahəyə düşüb. Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Avtoqəzadan sonra sürücü avtomobilin dövlət nömrə nişanlarını da açaraq ərazidən uzaqlaşıb. YPX əməkdaşları da hadisə yerində olub. Hazırda avtomobilin sahibi müəyyənləşdirlir. Hadisə şahidlərinin sözlərinə görə, avtoqəza yüksək sürət və yolun sürüşkən olması səbəbindən baş verib.