Sumqayıtda gənc oğlan qətlə yetirildi

  • 10.10.2021
  • 0

Sumqayıtda gənc oğlan qətlə yetirilib.

APA TV xəvər verir ki, hadisə ötən gecə  saatlarında Sumqayıt şəhərinin 5-ci mikrorayon ərazisində baş verib. 2 nəfər arasında düşən mübahisə ölümlə nəticələnib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma zamanı məlum olub ki, Sumqayıt şəhər 13-cü mikrorayon sakini 27 yaşlı Tural Abdulov  mübahisə etdiyi şəxs tərəfindən bir neçə bıçaq zərbəsi ilə öldürülüb. Bıçaq ürək nahiyəsinə nüfuz etdiyindən onun həyatını qurtarmaq mümkün olmayıb.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. Qətli törədən şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?