İran əsilli türk milyarderi Rza Zərrab Nyu-Yorkda keçirilən məhkəmə zamanı Türkiyənin sabiq iqtisadiyyat naziri Zəfər Çağlayana qızıl ilə bağlı razılığa köməklik göstərməsi üçün rüşvət verdiyini bəyan edib. Oxu.Az-ın Reuters-ə istinadən xəbərinə görə, R. Zərrab bildirib ki, keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayan 45-50 milyon avro rüşvət verib. Xatırladaq ki, bundan əvvəl iş adamı məhkəmədə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilib. Eyni zamanda, Zərrab özünü təqsirli bilməyən türkiyəli bankir Mehmet Hakan Atillanın işində vacib şahid sayılır. Həbs edilmiş milyarder qeyd edib ki, 2011-ci ildən etibarən ABŞ sanksiyalarını yan keçməyə çalışan İranın tətbiq etdiyi sxem milyardlarla dollar toplamağa və Amerikanın təhlükəsizliyini təhdid etməyə şərait yaradıb.