Moskvanın MOİK klubunun yüzlərlə rus futbol azarkeşi Romanın "Repubblica” metrostansiyasına enərkən eskalator sınıb.
Sfera.az xəbər verir ki, baş verən texniki qəza nəticəsində 20-dən çox adam yaralanıb. İtaliya baş naziri Matteo Salvini eskalator qəzasının səbəbini açıqlayıb. Onun sözlərinə görə, qəzanın səbəbkarı elə sərxoş rus turistlər olub.
"Qayda-qanunsuzluğu yaradan onlarla nəfər sərxoş olub. Bunlar Rusiya futbol komandasının dırnaqarası azarkeşləridir. Eskalator üstündə tullandıqları üçün qırılıb” - Salvini belə deyib.