Şəhid Elsəfa Əliyev yad olunub
16 views
Society
Bu gün Vətən müharibəsi şəhidi Elsəfa Əliyevin anadan olmasının 44-cü ildönümü qeyd edildi. Doğulub boya başa çatdığı Füzuli rayon Mahmudlu-2 kəndində doğmaları, dostları, müəllimləri, döyüş yoldaşları, həmkəndliləri Elsəfanı yad etmək üçün onun məzarını ziyarətə gəldilər.
Hərbi fəaliyyətinə 2005-ci ildən başlayan Elsəfa Əliyev ordumuzda müddətdən artıq hərbi qulluqçu – baş əsgər kimi aprel döyüşlərində, Vətən müharibəsində isə Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşıb. O, Füzulidə gedən ağır döyüş əməliyyatı zamanı şəhid olub.
Doğum günündə şəhidin məzarı başında keçirilən anım məarsimində məktəblilər vətənpərvərliyə aid şeirlər səsləndirdi.
Daha sonra anım tədbiri Elsəfa Əliyevin təhsil aldığı Mahmudlu-2 kənd tam orta məktəbində davam etdirildi. Məktəbdə şəhidin xatirəsinin əbədiləşməsi üçün onun adına verilən sinfin açılışı oldu. Vətən uğrunda canından keçən Elsəfa Əliyev kimi bütün şəhidlərimizin xatirəsinin xalqımızın yaddaşında əbədi olaraq qalacağı vurğulandı.
Qeyd edək ki, şəhid Elsəfa Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən ona "Bayraq ordeni", "Cəsur döyüşçü", "Füzulinin azadlığı uğrunda "Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib.

Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.