EN
Upload video
Yeni ildə neçə gün iş olmayacaq?

This video cannot be played right now.

Yeni ildə neçə gün iş olmayacaq?

97 views Society
Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar isə bayramla əlaqədar olaraq qeyri-iş günüdür.

Bununla bağlı Bizim.Media-ya açıqlama verən ekspert Ağamusa Səfiyev Yeni il bayramı ilə əlaqədar Əmək Məcəlləsinə əsasən qeyri-iş günlərini sadalayıb:

“31 dekabr -1 yanvar şənbə və bazara təsadüf edir. Yanvarın 2-si isə zatən bayram günü kimi qeyd edilir. Əmək Məcəlləsinə əsasən yanvarın 3-ü və 4-ü də qeyri-iş günü olacaq. Yəni 31 dekabr və 1 yanvar avtomotik olaraq yanvarın 3 və 4-nə keçirilir. Beləliklə, Yeni il bayramı ilə əlaqədar 5 gün ardıcıl (31 dekabr, 1, 2, 3, 4 yanvar) iş olmayacaq”, - deyə ekspert qeyd edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin hələki Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri barədə açıqlaması yoxdur.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.