EN
Upload video

Parlament nümayəndələri Bakıya gəliblər

8 views Latest news
Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli birgə iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdilər.

İclas iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər. Həmçinin “Əbədi məşəl” abidəsi ziyarət olundu.

Sonda Şəhidlər xiyabanında qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edildi.

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç xatirə dəftərini imzaladı.

Ziyarət zamanı qonaqları Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və digər rəsmi şəxslər müşayiət etdilər.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.