EN
Upload video

Ronaldo Messiyə çatdı

866 views Sports
Madridin “Real” klubu və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo Fransanın “France Football” nəşri tərəfindən “Qızıl top” mükafatına layiq görülüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə nəşrin saytında məlumat verilib.

Ronaldo səsvermə zamanı “Barselona”dan Lionel Messi və PSJ-dən Neymarı qabaqlayıb. Ümumilikdə mükafata 30 futbolçu namizəd idi.

Qeyd edək ki, bu portuqaliyalı futbolçunun beşinci “Qızıl topu”dur. Mükafatların sayına görə o Lionel Messiyə çatıb.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.