Yerdəyişmə edərkən qayda pozanlar

  • 09.03.2021
  • 0

PATRUL.AZ saytına növbəti qayda pozan sürücülərin videogörüntüləri göndərilib. Onlar zolaqlar üzrə yerdəyişmə edərkən qaydaları pozublar. 

99 VX 558 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün sanki avtomobildə güzgünün varlığından xəbəri yoxdur. 6 mart, 14:15 radələrində Moskva prospektində onun qəfildən zolağı dəyişməsi qəzaya səbəb olacaqdı. Yaxşı ki, arxadan gələn avtomobilin sürücüsü qəzadan yayına bildi. 

9 mart, 11:09 radələrində Yusif Səfərov küçəsində zolaqlar üzrə yerdəyişmə edən 10 RH 999 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü də 1.1 xəttinin və təhlükəsizlik adasının tələbini pozub.

Nə düşünürsən?