Baş DYP İdarəsinin əməkdaşları tərəfindən Yevlax rayon ərazisində yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə nəzarət-profilaktik tədbirlər həyata keçirilib.Keçirilən tədbirlər zamanı alkoqolun təsiri altında sərxoş vəziyətdə , eləcədə narkotik maddələrin ,gücləndirilmiş psixotrop maddələrin təsiri altında olan, səs və sayrışan işıq siqnallarından istifadə edən , avtomobildə konstruksiya dəyişikliyi edərək idarə edən,müvafiq sənədləri olmayan, sürücülər Baş idarənin əməkdaşları tərəfindən aşkarlanıb.Həmin sürücülər barəsində qanuna müvafiq tədbirlər görülüb.Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etsinlər özləri ilə yanaşı digər sürücülərində həyat və sağlamlıqlarını təhlükə altına atmasınlar.