Tovuzda toy etmək istəyənlər saxlanıldı

  • 07.04.2021
  • 0

Tovuz Rayon Polis Şöbəsinə Xatınlı kəndində toy mərasiminin keçiriləcəyi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

3 nəfər saxlanılan şəxs barəsində - mərasimi keçirən bəy onun atası və əmisi İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.