Gəncədə sui-qəsd cinayətinə məruz qalaraq sağlamlığını itirən sabiq icra başçısı Elmar Vəliyevin son durumu görüntülənib.
News24.az Gununsesi.info-ya istinadla xəbər verir ki, bu barədə jurnalist Pərviz Həşimli sosial şəbəkədə video yayaraq, sabiq icra başçısı haqqında bunları yazıb:
"Onu çoxları unutsa da mən unutmadım. 2013-cü ilin 17 sentyabrında Eldar Mahmudovun məni şərləyib həbsə atdığı gün Elmar Vəliyev Gəncədə ailə üzvlərimə məxsus iki mərtəbəli obyekti həmin gecə yerlə-yeksan etdi, üstündəki dəmir konstruksiyaları isə satdırdı…".