Tərtərin başçısından şikayət edən növbəti şəhid ailəsi.

  • 11.01.2021
  • 0

Həsənova Mehparə Sabir qızı Patrul.az-a videomüraciət göndərib onu ictimailəşdirməyimizi, aidiyyatı qurumlara çatdırmağımızı istəyib. O bildirir ki, əslən Kəlbəcər rayonundan olsalar da məcburi köçkün kimi Tərtər rayonu, Həsənqaya kəndində məskunlaşıblar. Onun həyat yoldaşı isə şəhid olub. 44 günlük savaş müddətində düşmənin Tərtər rayonundakı dinc əhalini hədəf alması səbəbindən evlərindən uzaq düşüblər və hələ də evlərinə qayıda bilməyiblər. Öz problemlərini bildirmək üçün icra başçısı Müstəqim Məmmədovun qəbuluna düşmək istəsə də Müstəqim Məmmədov bu günə qədər onu qəbul etməyib. Digər səlahiyyətli orqanlar da biganə yanaşıb. Ümumiyyətlə Tərtər rayonu icra başçısı haqqında qaynar xəttimizə saysız-hesabsız şikayətlər daxil olur. Onların bir çoxunu işıqlandırmışıq. Ümid edirik ki, bu məsələ köklü şəkildə öz həllini tapar.

Nə düşünürsən?