SON DƏQİQƏ! : Köçəryan Qarabağda yeni savaşa hazırlaşır..

  • 04.01.2021
  • 0

Ermənistanın sabiq prezidenti Robert Köçəryan yenidən aktiv siyasətə, daha doğrusu, hakimiyyətə qayıtmaq niyyətindədir. O, bəhs olunan istiqamətdə artıq konkret addımlar atmağa başlayıb. Ermənistanın baş naziri Nikol Paşinyan da cavab tədbirləri görür. İlk olaraq Gaqik Cangiryanın vəzifəyə qaytarılmasına hazırlıq gedir. 1997-2006-cı illərdə Ermənistanın baş hərbi prokuroru, 2006-2008-ci illərdə baş prokurorunun müavini olmuş Cangiryan 2008-ci ilin fevralın 23-də İrəvandakı Azadlıq meydanında keçirilmiş müxalifət mitinqində sabiq prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresinin sıralarına qatıldığını, prezident seçkilərinin nəticələrinin total saxtalaşdırıldığını, Robert Köçəryanın qanunları tapdaladığını demişdi. Elə həmin gün Robert Köçəryan sərəncan imzalayaraq Q.Cangiryanı vəzifəsindən kənarlaşdırmışdı. Daha sonra həbs edilən Q.Cangiryan 16 aydan sonra azadlığa çıxmışdı. O, hazırda Erməni Milli Konqresinin ən fəal funksionerlərindən biridir. Paşinyanın bu şəxsi, yəni R.Köçəryana nifrət edən Q.Cangiryanı yenidən hüquq-mühafizə sisteminə, daha doğrusu, prokurluq strukturuna qaytarmasının səbəbi onu sonradan Ali Məhkəmə Şurasına sədr təyin etməkdir. Təyinat reallaşarsa, Q.Cangiryanın sabiq prezident Robert Köçəryana qarşı yeni ittihamlar səsləndirəcəyi və onu həbsxanaya qaytaracağı gözlənilir. ___________________________________________________________________________ ► Kanalda hər hansı video haqqında etirazınız olarsa , bizə bildirin. Video dərhal silinəcək. ► İnstagram : https://www.instagram.com/Seyyar_Tv

Nə düşünürsən?