Azərbaycan və Ermənistan sərhədində sərhəd postları 1970-ci illərin sovet hərbi xəritələri əsasında müəyyən edilib. Səyyar Tv xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib. “Sərhəd postlarının yerləşdirilməsi 1975-1976-cı illərin hərbi xəritələrinin məntiqi çərçivəsində həyata keçirilir. Bu, sərhədlərin son delimitasiyası və demarkasiyası üçün müvəqqəti bir yerləşdirmədir. Bunun üçün isə ikitərəfli münasibətlər olmalıdır”, - Avinyan “Azadlıq” radiostansiyasının erməni xidmətinə müsahibəsində deyib. Onun sözlərinə görə, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi uzunmüddətli prosesdir. “Biz bu prosesi Gürcüstanla indiyə qədər başa çatdırmamışıq. Ancaq bu proses gec-tez bütün qonşularımızla getməlidir”, - Avinyan qeyd edib.
≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔
Reklam və Sponsorluq üçün : +994703993420
≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔
Bizi sosial şəbəkələrdə izləyin.
İnstagram : https://bit.ly/3940FuA
Tik Tok : https://bit.ly/2OOr8Wm
Facebook : https://bit.ly/3f76OtR
Twitter : https://bit.ly/3cTRUVh
Bax Tv : https://bit.ly/3968YpX