Simptomsuz koronavirus daşıyıcıları daha təhlükəlidir

  • 25.06.2020
  • 0

Temperatur, quru öskürək, dad və iybilmə qabiliyyətinin itirilməsi kimi simptomlar artıq koronavirusun varlığından xəbər verir. Bu halda COVID-19 testindən keçmək mütləqdir. Lakin bəzi hallarda koronavirus daşıyıcısı olan xəstələrdə heç bir əlamət hiss olunmur. Bu isə təhlküəlidir. Xəstədə heç bir simptom müşahidə olunmasa da, onun koronavirus testinin cavabı müsbət çıxa bilər. Bu cür asimptomatik xəstələr ətrafdakılar üçün daha təhlükəlidir. Həkim-İnfeksionist Vüqar Cavadzadə deyir ki, xəstəliyindən xəbərsiz olan bu şəxslər çox zaman geniş kütlənin yoluxmasına səbəb olur. İmmun sistemi zəif olan şəxslərdə isə xəstəlik özünü daha çox dad- iybilmə qabiliyyətinin itirilməsi, ümumi zəiflik, o cümlədən, davamlı quru öskürək və halsızlıq kimi əlamətlər ilə biruzə verir. Hərarət də 37-38 dərəcəyədək yüksəlir. Vüqar Cavadzadənin sözlərinə görə, yuxarı tənəffüs yollarının xroniki xəstəliklərindən, o cümlədən, şəkərli diabetdən əziyyət çəkən və yaşı 65 -dən yuxarı olan şəxslər xəstəliyi daha ağır keçirdir.

Nə düşünürsən?