"Səni deşik-deşik eləyərəm"

  • 07.03.2021
  • 0

"Səni deşik-deşik eləyərəm".

Bəli, nə qədər qəribə səslənsə də qayda pozan sürücü üzr istəmək əvəzinə, əksinə avtomobili geriyə verərək öz yolu ilə gedən avtomobilin qarşısını kəsib, daha sonra sürücüyə olmazın söyüşlərin söyərək hədə-qorxu gəlib, onu təhdid edib və hətta "səni deşik-deşik eləyərəm" deyib. Hadisə 6 mart, 13:56 radələrində, Nəriman Nərimanov metrostansiyasının qarşısında olub. Ümid edirik ki, Daxili İşlər Naziri Cənab Vilayət Eyvazov bu məsələni şəxsən nəzarətə götürəcək və 90 PJ 195 dövlət qeydiyyat nişanlı sürücü barəsində qanunamüvafiq tədbirlər görüləcək. Hətta bu sürücünün psixoloji vəziyyəti, həmin vaxt qadağan olunan maddə qəbul edib m-etmədiyi də mütləq yoxlanılmalıdır. Çünki bir insanın qarşısını kəsib onu söyüb təhdidlər yağdırmaq normal, anlaqlı bir insanın işi deyil.

Nə düşünürsən?