"Saray"ın adına layiq olmayan yolu

  • 21.05.2021
  • 0

PATRUL.AZ izləyicimiz Saray qəsəbəsinin ən geniş istifadə olunan, əsas yolunun videogörüntüsünü qaynar xəttimizə göndərib. Təsəvvür edin ki, bu yol təkcə Saray qəsəbəsində yaşayan insanların mütəmadi istifadə etdiyi yoldan əlavə Bakıdan Sumqayıta və Sumqayıtdan Bakıya gedən insanların böyük qismi bu yoldan istifadə edir. Əgər buna yol demək olarsa. Yolun hər tərəfi çala-çuxurlardan ibarət olduğundan ya sürücülər avtomobili həmin çuxurlara salıb dağıtmalıdırlar, ya da çuxurlardan yan keçməklə əks yola çıxıb təhlükə ilə üzbəüz qalmalıdırlar. "Əks yola çıxmaq" demişkən, burada ümumiyyətlə yolun asfalt örtüyü yox səviyyəsində olduğundan nişanlanma xətləri də yoxdur deyə sürücülər zolaqları da gözəyarı təyin edirlər.

Nə düşünürsən?