Sabiq məhkumdan külli miqdarda heroin götürülüb

  • 05.06.2021
  • 0

Lənkəran sakininin üzərindən 1 kiloqramdan artıq heroin aşkarlanıb.
 
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşları daxil olmuş məlumat əsasında əvvəllər məhkum olunmuş Əkbər Əskərovu saxlayıb. Üzərinə keçirilən baxış zamanı əlindəki selofan torbadan 1 kiloqram 455 qram heroin aşkarlanaraq götürülüb. 

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.