Qarabağ minalardan təmizlənir

  • 29.04.2021
  • 0

İndiyədək Qubadlı ərazisində 3 milyon 600 min kvadrata yaxın ərazi mina və parlamamış hərbi sursatdan təmizlənib.

ANAMA-nın bölmə rəisi Bəhruz Namazovun sözlərinə görə, zərəsizləşdirilən silah-sursat arasında 300 mm-lik “Smerç” raketləri, piyadalar əleyhinə minalar, tank əleyhinə minalar, habelə plastik minalar var.

Zəngilanda isə hava limanının tikintisi ilə bağlı 68 min kv.m ərazi ANAMA tərəfindən təmizlənib.

Hazırda işlər davam edir. Rayonun I, II, III Ağalı kəndlərində “Ağıllı kənd” layihəsinin baş planının reallaşdırılması üçün 72 hektar torpaq sahəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Hazırda proses davam edir.

Nə düşünürsən?