Nazir qırmızı işıqda dayanır, bunlar yox.

  • 11.01.2021
  • 0

Patrul.az qaynar xəttinə videogörüntü göndərən izləyicimiz haqlı olaraq bu videogörüntüdəki qayda pozan sürücülərin özbaşınalığından şikayət edir. 7 yanvar 16:00 radələrində Cəfər Xəndan küçəsində bütün sürücülər svetoforun qırmızı işığında gözləyən zaman 99 JK 969 dövlət qeydiyyat nişanlı marşurut avtobusun sürücüsü əks yola çıxır və qırmızı işıqdan keçib hərəkəti davam edir. Lap tutaq ki, bu sürücü nə digər hərəkət iştirakçılarına, nə də qanunlara hörmət etmir. Bəs daşıdığı sərnişinlərin məsuliyyətini də dərk etmir. Hadisə zamanı bir sərnişin belə xəsarət alsa onun vicdan əzabını çəkməyəcək? Avtobusun arxası ilə isə 11 BX 516 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü 1.3 xəttinin tələbini tam olaraq pozur və əks yola çıxıb hərəkəti davam etdirir. İndi isə təqdim etdiyimiz görüntülərə diqqətlə baxın . Daxili İşlər Nazirinin xidməti avtomobili və onu müşayiət edən kortejin videosunu görürsünüz. Gördüyünüz kimi həm nazirin xidməti avtomobili, həm də onu müşayiət edən avtomobillər qırmızı işıqdan gözləyir. İndi səlahiyyətli orqanlara sual veririk. Nazirin belə qırmızı işıqda dayandığı halda, qanunlara hörmətsizlik edən, əks yola çıxan, qırmızı işıqdan keçən sürücülərə qarşı daha ciddi tədbir görməyin vaxtı deyilmi? Əks halda belə hallar faciələrə, xəsarətlərə, ölümlərə səbəb olacaq. Bunun fasadı isə hər birimizə, hər birimizin əzizlərinə dəyə bilər.

Nə düşünürsən?