Balakəndə əməliyyat: Saxlanılanlar var

  • 30.03.2021
  • 0

Balakəndə karantin qaydalarını pozan kafe aşkar edilib.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı xüsusi karantin rejimi qaydalarına əməl etməyən kafe aşkarlanıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan REAL-a verilən məlumata görə,  rayonun Qazma kəndində yerləşən “Yeni məkan” adlı kafenin gecə saat 12-dən sonra gizli şəkildə fəaliyyət göstərdiyi müəyyən edilib. Obyekti icarə əsasında işlədən Ramazan Nuriyev və orada olan müştərilər barəsində inzibati xəta haqqında protokol tətib olunaraq, baxılması üçün rayon məhkəməsinə göndərilib.