Azad edilən ərazilərin enerji potensialı

  • 05.05.2021
  • 0

İşğaldan azad edilən ərazilərdə bərpa olunan enerji mənbələrinin yaradılması, su elektrik stansiyalarının tikintisi üçün əlverişli təbii şəraitə malikdir. Və gələcəkdə bu istiqamətdə işləri sürətləndirmək üçün beynəlxalq təcrübə öyrənilir.

Bu barədə REAL-a Bərpa Olunan Enerji mənbələri dövlət Agentliyinin direktoru Təbriz Əmmayev məlumat verdi.

Təbriz Əmmayevin sözlərinə görə, işğaldan azad edilən ərazilərdə gələcəkdə həyata keçirilən iqtisadi inkişaf proqramları eləcə də əhalinin məskunlaşmasından sonra həmin ərazilər üçün konkret enerji tələbatı senarisi hazırlanacaq

Xatırladaq ki, mayın 3-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.Sərəncamla Energetika Nazirliyinə 1.391.040,0 (bir milyon üç yüz doxsan bir min qırx) ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılıb.

REAL

Nə düşünürsən?