“Anam məni övladlarımla görüşməyə qoymur...”

  • 10.04.2020
  • 27 baxış
  • 0

“Əvvələr də eyvandan belə torba sallayardılar. Karantin rejimidir, anam məni evinə qoymur, ayrılan payı belə göndərir”.

7news.az xəbər verir ki, bu sözləri tanınmış xəbər aparıcısı Lalə Azərtaş sosial şəbəkədə yazıb. ATV-nin siması instaqramda qeyd edib ki, anası onu övladları ilə görüşməyə icazə vermir:

“Bir daha aydın oldu ki, anam nəvələrini məndən daha çox sevir. Məni evinə buraxmır, övladlarımla görüşməyə qoymur. Deyir ki, sən hər gün işləyirsən, real təhlükə mənbəyisən”.
 

Nə düşünürsən?