Xalq artisti Aygün Kazımova İTV-nin "Gəl, qonaq ol" verilişinin canlı yayımının qonağı olub.
BAKU.WS xəbər verir ki, proqrama "Skype" vasitəsilə qoşulan Kazımova karantin rejimində evdə darıxmadığını deyir:
“Bəlkə də, sizə qəribə gələcək, evə bağlı insanam. Hazırkı karantin rejimi mənə depressiv təsir etməyib. Çünki işim bitən kimi evə qaçan insanam. Evdə özümə elə şərait qurmuşam ki, rahat oluram. Sənətimlə bağlı hər şərait qurmuşam. Səhnəyə gəlməzdən öncə idmanla məşğul olmuşam. Evdə idman ləvazimatlarım var. Evdə qızım və iki gözəl itim var.
Evdə məşq edirəm, düşünürəm. Karantin rejimi bizə özümüzü, həyatımızı analiz etmək üçün vaxt verdi. Elə qrafikdə işləyirik ki, düşünməyə vaxtımız olmur. Bizə bir “ayaq saxla” deyən lazımdır. Xüsusiyyətimi, olanları analiz edirəm. Nəyisə çıxarıram, nəyisə əlavə edirəm. Olanlardan müsbət enerji aldım”.
Aygün Kazımova canlı efirdə idman edib və mahnı oxuyub.